Ata qızını 4 il boyunca hazırlatdığı gizli şkafda saxladı.
Milli.Az haberler.com-a istinadən bildirir kİ, ata bu addımını telekanallarda gördüklərindən qorxaraq qızını zorakılıqdan qorumaq üçün atdığını deyib.
Polis axtarışdan sonra evdə gizli bir şkafda saxlanan qızı anasına təhvil verib. Məhərrəm Salman adlı şəxs bu addımına belə aydınlıq gətirib:
"Yoldaşımın sosial şəbəkədə sevgili tapdığını biləndən sonra elə bir anaya qız uşağını təslim etmək istəmədim. Hər gün nümunələrini görürük, sevgilisiylə birlikdə uşaqlarını öldürən analar var. Bundan qorxdum, çəkindim uşağımı vermədim".
Təhməz Təkin
Milli.Az