Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Beynəlxalq Bankının törəmə lizinq şirkəti bağlanmayacaq

Azərbaycanın Beynəlxalq Bankının törəmə lizinq şirkəti bağlanmayacaq

Date: 4 October 2016 15:52

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinin dayandırılmasına qərar verilsə də, "Beynəlxalq Lizinq" QSC-ni belə bir aqibət gözləmir". Bunu "Report"a açıqlamasında lizinq şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədov deyib.
O, bu barədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəmə sığorta şirkətini bazardan kənarlaşdırmaq barədə qərarına münasibət bildirərkən danışıb: "Rəhbərlik etdiyim şirkət bir qədər əvvəl rebrendinq həyata keçirib, lizinq portfelini getdikcə artırır. Hazırda "Beynəlxalq Lizinq"in yeni biznes strategiyası hazırlanır və ilin sonuna qədər onun təsdiq olunacağı gözlənilir. Əgər bu addımlar atılırsa, onun bazarı tərk etməsindən, fəaliyyətini dayandırmasından söhbət gedə bilməz".

Xatırladaq ki, oktyabrın 12-də ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə BSŞ-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.
"Beynəlxalq Lizinq" şirkəti (əvvəlki "Joint Leasing" şirkəti) 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 360 manat olan 3 500 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur. 

Tags:  Azərbaycanın Beynəlxalq Bankının törəmə lizinq şirkəti bağlanmayacaq

RƏYLƏR


Top news