Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ən bahalı futbol klublarının adı açıqlanıb

Ən bahalı futbol klublarının adı açıqlanıb

Date: 4 October 2016 16:02

Bakı. 4 oktyabr. REPORT.AZ/ Beynəlxalq İdman Araşdırmaları Mərkəzi ilin ən bahalı klubunu açıqlayıb.
"Report"un məlumatına görə, siyahıya İngiltərənin "Mançester Yunayted" klubu başçılıq edir.
Mançester təmsilçisinin büdcəsi 718 milyon avro olaraq qiymətləndirilib. Komandanın illik xərci ötən mövsümlə müqayisədə 185 milyon avro artıb. Burada yeni transferlər Pol Poqba, Zlatan İbrahimov və Henrix Mxitaryana ödənilən maaşlar da böyük rol oynayır.
Siyahıda ikinci yerdə İspaniyanın "Real Madrid", üçüncü sırada isə İngliltərənin "Mançester Siti" klubları qərarlaşıb. İlk onluqda İngiltərə klubları üstünlük təşkil edir.
Siyahının ilk onluğu belədi:
1."Mançester Yunayted" (İngiltərə) - 718 milyon avro
2."Real madrid" (İspaniya) - 634 milyon avro
3."Mançester Siti" (İngiltərə) - 611 milyon avro
4."Barselona" (İspaniya) - 485 milyon avro
5."Çelsi" (İngiltərə) - 481 milyon avro
6.PSJ (Fransa) - 455milyon avro
7."Yuventus" (İtaliya) - 395 milyon avro
8."Arsenal" (İngiltərə) - 381 milyon avro
9."Bavariya" (Almaniya) - 357 milyon avro
10."Liverpul" (İngiltərə) - 356 milyon avro

Tags:  bahalı futbol klublarının adı açıqlanıb

RƏYLƏR


Top news