Əfqan dağlarında yoxa çıxan 110 milyard

Əfqan dağlarında yoxa çıxan 110 milyard
16:03 4 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Amerika işğalından sonra Əfqanıstan Avropaya çevrilmədi. Əksinə, bu gün ölkənin vəziyyəti ürəkaçan deyil.

Publika.az
xəbər verir ki, ABŞ-ın Əfqanıstana 2001-ci ildən başlayaraq, 15 il ərzində xərclədiyi 110 milyard dolların da taleyi müəmmalıdır.

Bu, II Dünya Müharibəsindən sonra dağılan Avropanın yenidən inşası üçün hazırlanan Marşal planına xərclənən vəsaitdən iki dəfə çoxdur. Lakin bütün bu pullar korrupsiya və yeyinti nəticəsində havaya sovrulub.

Əfqanıstanın Yenidən İnşasına Nəzarət Qurumu (SİGAR) tərəfindən hazırlanan hesabatda deyilir ki, ABŞ Əfqanıstanda narkotiklə mübarizəyə 8 milyard dollardan çox pul xərcləyib. Lakin bu gün ölkədə 2001-ci ildən əvvəlki ilə müqayisədə daha çox narkotik istehsal olunur.

Bununla yanaşı, istifadə olunmayan təyyarələrə xərclənən pullar, həmçinin, böyük layihələrdə korrupsiya faktları qeydə alınıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR