"10 il Hacıbabanı bir qadın kimi axtarmışam" - xanımı+fotolar

"10 il Hacıbabanı bir qadın kimi axtarmışam" - xanımı+fotolar
16:06 4 Oktyabr 2016
120 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Xalq artisti, Musiqili Teatrın sabiq direktoru, mərhum Hacıbaba Bağırovun vəfatından 10 il keçir.

Axşam.az-ın məlumatına görə, mərhumun həyat yoldaşı Arzu Bağırova aznews.az-a bildirib ki, Hacıbaba Bağırovsuz keçən 10 il onun üçün çox çətin olub:
 
“Tamaşaçılar üçün Hacıbaba Bağırov aktyor, xalq artisti, mənim üçün isə ömür-gün yoldaşı və övladımın atası idi. Həyat yoldaşımı itirmişəm, həyat mənə asan gələ bilməz. Mən onu bu 10 ildə həm də bir qadın kimi axtarmışam”.

Hazırda Musiqili Teatrda çalışdığını deyən A.Bağırova qurumun rəhbəri Əliqismət Lalayevin daima diqqəti altında olduğunu vurğulayıb:
 
“Teatrın rəhbərliyi məni narahat edib, hər gün işə dəvət edib, bir problem yaratmırlar. Bilirlər ki, mən Hacıbabanın övladını böyüdürəm. Bu teatrda mənə bütün şərait yaradılıb. Əliqismət müəllim əlindən gələni edir, teatrın qayğısı hər zaman üstümdədir”.

A.Bağırova bu gün teatr kollektivinin mərhumun məzarını ziyarət etdiyini qeyd edib:
 
“Axşam isə onun adına ehsan süfrəsi açılacaq. Kim Hacıbaba Bağırovu yad etmək istəyirsə, qapım açıqdır”.

Xatırladaq ki, xalq artisti, mərhum Hacıbaba Bağırov 2006-ci il oktyabrın 6-da dünyasını dəyişib.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR