Malayziyada hərbi helikopter məktəb binasının üstünə düşüb, 22 nəfər xəsarət alıb

Malayziyada hərbi helikopter məktəb binasının üstünə düşüb, 22 nəfər xəsarət alıb
16:07 4 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Malayziyanın Tavau yaşayış məntəqəsində hərbi helikopterin məktəb binasının üstünə düşməsi nəticəsində 22 nəfər xəsarət alıb, ölənlər haqda məlumat yoxdur.
"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə Malayziyanın İndoneziya ilə sərhədində yerləşən Borneo adasında, Tavau rayonunda baş verib.
Məlumata görə, helikopterin göyərtəsində 14 hərbçi olub. Helikopterin pilotu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. 
Xəbərdə əsgərlərlə yanaşı, 7 şagird və məktəb işçisinin də xəsarət aldığı bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/malayziyada-herbi-helikopter-mekteb-binasinin-ustune-dusub-22-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR