ADİF-ə ayrılacaq kreditə dövlət zəmanəti veriləcək

ADİF-ə ayrılacaq kreditə dövlət zəmanəti veriləcək
16:08 4 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Maliyyə Nazirliyi Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditlə bağlı növbədənkənar kollegiya iclası keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.

Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq, Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/170913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR