Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xətaidə yanan bina ilə bağlı ən çox zərər dəyən şəxs dindirildi

Xətaidə yanan bina ilə bağlı ən çox zərər dəyən şəxs dindirildi

Date: 4 October 2016 16:14

 

Bu gün Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı həbs edilən Fərid Sadıqov, Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib.



Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində Gülbəniz Atayeva, Elmir Abdullayev, Ömürzadə Züfüqarov, Vüsal Cəlilov və Faiq Əsgərov dindirilib.

Həmin şəxslər yanğın zamanı evlərin yandığını və dövlət tərəfindən kompesasiya ödənildiyini bildiriblər. Onların heç biri təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyiblər.

V.Cəlilovun ifadəsində istintaq orqanı tərəfindən onun mənzilinə nə qədər ziyan dəydiyi barədə məlumat verilmədiyini bildirib. 

Hakim Eldar İsmayılov bildirib ki, iş üzrə  ən çox zərər məhz V. Cəlilova dəyib. Ona cəmi 80 manat maddi ziyan dəyib.

Prosesdə təqsirləndirilən və dünyasını dəyişən N.Muxtarovun vəkili İsaq Nəmiyev məhkəməyə iradını bildirib. O bildirib ki, məhkəmə istintaqın təqdim etdiyi cinayət işini təsdiqləyir, lakin araşdırma aparılmayıb. O bildirib ki, işdə əsas olan adamlar kənarda qalıb. 

Dövlət ittihamçısı Mübariz Mirili isə vəkilə etiraz edərək qanunu yaxşı bilməməkdə ittiham edib.

Hakim bildirib ki, məhkəmə hər bir şəxsin dindirilməsini sona qədər aparır.

Proses oktyabrın 11-də davam edəcək.




Qeyd edək ki, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.
Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
Onu da qeyd edək ki, Nüsrət Muxtarov bu il  iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib.


Tags:  Xətaidə yanan bina bağlı çox zərər dəyən şəxs dindirildi


RƏYLƏR


Top news