Bakıda qarovulçunu döydürən "Range Rover"li qadın kimdir? - DİN-dən açıqlama

Bakıda qarovulçunu döydürən "Range Rover"li qadın kimdir? - DİN-dən açıqlama
16:22 4 Oktyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Range Rover" sarı zolağa girib qəzaya düşdü - VİDEO (16 May 2017 10:27)
Bakıda "Range Rover" yanıdı (28 Aprel 2017 14:29)
​Bakıda otla işləyən “Range Rover” tapıldı (03 Aprel 2017 16:48)

Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, "Marriott Absheron" otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən "Range Rover"li qadın əhvalatı ilə bağlı yeni, maraqlı və eyni zamanda müəmmalı nüanslar üzə çıxıb.

Virtualaz.org bu olayın izi ilə gedərək döyülən şəxsin kimliyini, habelə onu döydürən qadın və qadının qarovulçunu döyən əri barədə maraqlı məlumatları öyrənə bilib.

Hadisə necə olmuşdu...

Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı "Range Rover"lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı "Room" mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.

Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən "AA" seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları bu hadisə barədə məlumat yaymayıblar. Hadisə barədə DİN-in rəsmi xronikasında da məlumat yoxdur. Baxmayaraq ki, şahidlərin bildirdiyi kimi qarovulçu xəstəxanaya aparılandan sonra hadisə yerinə polislər gəlib, ətrafdakı videomüşahidə kameralarının görüntüləri götürülüb. Səbael rayon 39-cu polis bölməsindən belə hadisənin baş verdiyini təsdiqləsələr də nə zərərçəkənin, nə onu döyənin kimliyi açıqlanmayıb.

Milli.Az bildirir ki, indi virtualaz.org dəqiqləşdirib ki, hadisə sentyabrın 23-də, saat 16 radələrində baş verib. Döyülən şəxs 26 yaşlı Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1 saylı Klinik Xəstəxanaya ("Semaşko") çatdırılıb. Xəstəxanada onun ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxsi ertəsi gün xəstəxanadan çıxarıblar, "ev şəraitində müalicəyə" göndəriblər.

Xəstəxananın qəbul şöbəsindən virtualaz.org-a bildirdilər ki, həqiqətən, döyülən Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib. Sentyabrın 24-də isə "öz istəyi" ilə xəstəxanadan çıxıb gedib. Lakin xəstəxanadan bildirdilər ki, həmin şəxs barədə əlavə məlumatları ancaq yazılı sorğu əsasında təqdim edə bilərlər.

Bəs Gülüşovu acınacaqlı duruma salan həmin şəxs və olaya səbəbkar olan "Range Rover"li qadın kimdir? Hadisə barədə cinayət işi qaldırılbmı və günahkarlar saxlanılıbmı?

Bu suallarla DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə müraciət etdik. DİN rəsmisi bildirdi ki, mətbuat hadisəni şişirdib, "ucuz sensasiya" düzəltməyə çalışıb.

DİN rəsmisi: "Qadın göz yaşları içində ərinə zəng vurub..."

"Tərəfimizdən müəyyən olunub ki, həmin binanın həyətində qeyri-qanuni mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan buraxmazdılar. Tərəflər ertəsi gün polis bölməsində qarşılıqlı barışıq əldə ediblər, hadisə barədə təhqiqat davam edir. Tərəfimizdən hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb", - Orxan Mansurzadə bildirib.

"Ailədə hətta professor da var!" 

Lakin bütün israrlarımıza baxmayaraq DİN rəsmisi qarovulçunu döyən şəxsin kimliyini açıqlamadı. Orxan Mansurzadə ancaq onu dedi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. "Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın" - Orxan Mansurzadə bildirdi.

Bəs həmin alim ər qarovulçu ilə "xuliqanlıq zəminində münaqişəyə" görə saxlanılıbmı? O.Mansurzdə bu suala cavab vermək istəmədi, ancaq təhqiqatın davam etdiyini bildirməklə kifayətləndi.

Əgər qarovulçunu döyən alimdirsə, o zaman "AA" dövlət seriyalı maşında niyə gəzir? DİN rəsmisi bildirdi ki, avtomobil həmin şəxsin dostuna məxsus olub. Dostun adı isə, təbii ki, açıqlanmadı...

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTO

26 İyun 2017 22:47

Öndə komandirlər gedirdi...

26 İyun 2017 22:37

Çimərlik geyimi açıldı - sevgilisi xəbərdarlıq etdi - FOTO

26 İyun 2017 22:32

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib -

26 İyun 2017 22:28

Astara sakini narkotik vasitənin təsirindən ölüb

26 İyun 2017 22:27

Yayın sırğa dəbi: Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTO

26 İyun 2017 22:27

Dünyanın ən QƏRİBƏ TEATRI: burada aktyorlar pişiklərdir

26 İyun 2017 22:22

Azərbaycan bayrağı ayaq altına sərilən xalçaya əks olunub - Dövlət atributuna hörmətsizlik? - VİDEO

26 İyun 2017 22:22

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

26 İyun 2017 22:12

Mobil telefon bazarında durğunluq yaşanır - VİDEO

26 İyun 2017 22:12

Messi 30 yaşını belə qeyd etdi

26 İyun 2017 22:09

Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

26 İyun 2017 22:05

Kombi və radiatorlar ucuzlaşdı - VİDEO

26 İyun 2017 21:57

Beyləqanda yanğın baş verib

26 İyun 2017 21:57

Pakistandakı faciədə ölənlərin sayı 157 nəfərə çatdı

26 İyun 2017 21:53

Türkan Şoray yeni mənzilə köçüb

26 İyun 2017 21:52

Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəmdə saxlamağa çağırıb

26 İyun 2017 21:47

Bu şəkillərin rəsm əsəri olduğuna İNANMAYACAQSINIZ - FOTO

26 İyun 2017 21:47

DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər - VİDEO

26 İyun 2017 21:37

Qanadı qırılmış təyyarə təcili eniş edib

26 İyun 2017 21:36

Bu ölkədə nə bayram günləri var, nə də məzuniyyət... -

26 İyun 2017 21:33

Sarımsaq, yoxsa meyvə? - FOTO

26 İyun 2017 21:32

Azərbaycanda qəbiristanlıq yanıb

26 İyun 2017 21:32

Ağdam sakini bıçaqlandı

26 İyun 2017 21:28

Sabirabad sakinini elektrik cərəyanı vurdu

26 İyun 2017 21:23

33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

26 İyun 2017 21:22

Azərbaycanın xalq artisti anasının yanında dəfn ediləcək - Vəsiyyət edib - VİDEO

26 İyun 2017 21:22

Qarğıdalının SAĞLAMLIQ üçün faydaları

26 İyun 2017 21:17

Beynimizin öhdəsindən gələ bilmədiyi tək şey: UNUTMAQ NİYƏ ÖZ ƏLİMİZDƏ DEYİL?

26 İyun 2017 21:17

Kölgəyə "həyat" verənlər - MÖHTƏŞƏM FOTOLAR

26 İyun 2017 21:12