Milli Qəhrəman Əliyar Əliyevin xatirə gecəsi keçirilib

Milli Qəhrəman Əliyar Əliyevin xatirə gecəsi keçirilib
16:22 4 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Səyavuş Kərimi xanımı ilə görüntüləndi - FOTO (06 Aprel 2017 14:27)
Əliyar Ağayev "Benifka"nın futbolçularını cəzalandırdı (07 Mart 2017 20:07)

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Laçın rayonu uğrunda şəhid olduğu vaxtdan 24 il keçir. 
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, cəbhə bölgəsində Milli Qəhrəmanın portreti ətrafına toplaşan döyüşçülər unudulmaz tabor komandirini bir daha ehtiramla yada salıb, hesabat verərək aprel döyüşlərində qazandıqları uğur və qələbələrlə onun ruhunu şad ediblər.
Xatirə gecəsində şəhidin 34 illik ömür yolu xatırlanıb. Qeyd olunub ki, Əliyar Yusif oğlu Əliyev 1957-ci ilin dekabr ayında Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Bir müddət müəllim işləyib. Hərbi xidmətini başa vurduqdan sonra isə Qubadlı rayonunda "Məhsul" kənd könüllü idman cəmiyyətində, Bədən tərbiyəsi və İdman Şurasında çalışıb. Klassik güləş üzrə respublika, ittifaq və beynəlxalq yarışlarda müvəffəqiyyətlər qazanıb. Neçə-neçə idmançının yetişməsində xüsusi xidmətləri olub.
Pəhləvan kimi tanınan Əliyar Əliyev ötən əsrin 80-cı illərinin sonlarından başlayan xalq hərəkatının öncüllərindən, Qarabağ uğrunda döyüşlərin ilk könüllü əsgərlərindən biri kimi tanınıb. Onun Qubadlı könüllülərindən ibarət təşkil etdiyi "Pəhləvan döyüşçülər dəstəsi" torpaqlarımıza göz dikən mənfur düşmənlərə qarşı mərdliklə vuruşub.
Milli Ordumuz yarandıqdan sonra Ə.Əliyevin yaratdığı könüllülər dəstəsi də bu orduya daxil olaraq Vətənimizin qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıb.
Laçın rayonunun neçə-neçə kəndinin, strateji yüksəkliklərin düşməndən azad edilməsində, Suriyada xüsusi təlim keçmiş qaniçən Karlenin quldur dəstəsinin zərərsizləşdirilməsində Əliyar Yusif oğlunun xüsusi xidmətləri var. O, şəhid olsa da dövlətimiz və xalqımız qəhrəmanın xidmətlərini yüksək qiymətləndirib. İndi Əliyar Əliyevin adı Azərbaycanın Milli Qəhrəmanları sırasında fəxrlə çəkilir.
Müdafiə Nazirliyinin zabitləri Abdulla Qurbanı və Nazim Əhmədov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər keçirildiyini və Əliyar Əliyevin xatirə gecəsinin də bu tədbirlərdən biri olduğunu qeyd ediblər. Onlar şəhid qəhrəman haqqında xatirələr söyləyiblər.
Vaxtilə Əliyar Əliyevin xidmət etdiyi hərbi hissədə tabor komandiri kimi döyüşlərdə iştirak etmiş polkovnik Elçin Kərimov və mayor Namiq Cavadov Füzuli rayonunun kəndlərinin erməni quldurlarından azad edilməsində və aprel döyüşlərində qəhrəman Əliyar Əliyevin davamçılarının şücaətlərindən danışıblar.
Tabor komandiri mayor Təvəkkül Fərəcov Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini səbirsizliklə gözlədiklərini və hər bir döyüşçünün Əliyar Əliyevin qəhrəmanlıqlarını təkrarlamağa hazır olduğunu bildirib.
Şəhid Milli Qəhrəmanın oğlu mayor Emin Əliyev atasının yolunu cəbhə bölgəsində davam etdirməsindən böyük qürur duyduğunu vurğulayıb. Atasının, ümumiyyətlə, bütün şəhidlərimizin xatirəsinin əziz tutulmasına, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.
Döyüşçülər torpaqlarımızın müdrik və qətiyyətli Prezidentimizin rəhbərliyi altında mübariz Azərbaycan əsgərinin zəfər yürüşü ilə tezliklə düşməndən azad olunacağına böyük əminliklə döyüş növbəsinə yollanıblar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Yusif Şahed iki naziri istefaya göndərib

01 May 2017 08:27

Yaponiyanın Hokkaydo adasında 6 bala yaxın zəlzələ olub

01 May 2017 08:27

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 08:17

Gəncədə yanğın olub

01 May 2017 08:12

Köpək balığı qadına hücum edib

01 May 2017 08:05

Hollivudun “sirli mələyi” - FOTOLAR

01 May 2017 08:03

Ağ cins şalvarı belə köynəklə geyinin - FOTO

01 May 2017 07:52

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

01 May 2017 07:50

Fotolarda gözəl görünmək istəyirsinizsə... - ÜSULLARI

01 May 2017 07:42

Göyün 7-ci qatında buludlar körpüsü - İNANILMAZ FOTOLAR

01 May 2017 07:37

Saçlarınızı belə rəngə boyayarsınız? - FOTO

01 May 2017 07:32

Ucarda yanğınla nəticələnən qəza baş verib

01 May 2017 07:29

Xanımlar bu ayaqqabılara heyran qalacaq - FOTO

01 May 2017 07:22

Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...

01 May 2017 07:17

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

01 May 2017 07:13

Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTO

01 May 2017 07:12

Göbəyi havaya vermək, Nadirin Zaura 1700 "atmağı", Elzanın boğazından öpdüyü oğlan, Cenniferin yatağı - HƏFTƏBECƏR

01 May 2017 07:05

Ucarda yol qəzası yanğınla nəticələndi

01 May 2017 07:04

Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

01 May 2017 07:02

"Futbolçular heç ayaqyoluna da gedə bilmir"

01 May 2017 06:37

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb (FOTO)

01 May 2017 06:36

Viktoriya Bekhemin yeni FOTOları

01 May 2017 06:32

Tramp baş nazirləri Ağ Evə dəvət etdi

01 May 2017 06:23

Qlamur Nina - FOTO

01 May 2017 05:32

Köpək balığı qadına hücum etdi

01 May 2017 05:23

20-dən çox silahlı məhv edilib

01 May 2017 05:22

İki nazir istefaya göndərilib

01 May 2017 05:08

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06