Yusifdən mübahisə etdiyi aktrisaya: "Onun kimilər..." - FOTO

Yusifdən mübahisə etdiyi aktrisaya: "Onun kimilər..." - FOTO
16:37 4 Oktyabr 2016
651 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün ATV-də yayımlanan "10-dan sonra" verilişində teleaparıcı Yusif Ağayevlə, əməkdar artist Kəmalə Müzəffər arasında gərgin anlar yaşanıb. Məsələ ilə bağlı teleaparıcı Milli.Az-a danışıb:

""Vicdan haqqı" serialından izlədiyim aktrisa Kəmalə Müzəffəri verilişimdə görməklə çox məmnun oldum. Verilişimizin bugünkü mövzusu qısqanclıq idi. Həmin aktrisanın mənimlə etdiyi fikir mübadiləsi də bu gün böyük rezonansa səbəb oldu. Hər kəsdə olduğu kimi bizim aramızda da fikir ayrılığı oldu.

Təbii ki, həyatda onun kimi düşünən insanlar da var. Bu televiziya üçün normal bir hal idi. Bu məsələni bu qədər qabartmaq, məncə, lazım deyildi. Bir-birimizin fikrinə hörmətlə yanaşaraq qonaqlarla müzakirəni davam etdirdik. Yenə də deyirəm ki, verilişdə qeyri-etik bir hal yaşanmayıb və ola da bilməz".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR