Azərbaycanın bəzi ərazilərində TƏHLÜKƏLİ vəziyyət yaranıb

Azərbaycanın bəzi ərazilərində TƏHLÜKƏLİ vəziyyət yaranıb
16:37 4 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabr ayı üçün respublika ərazisində mühüm sürüşmə sahələrinin vəziyyəti açıqlanıb.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Kijəbə və Miki, Lerik rayonunda Veri-Əliabad, Lənkəran-Lerik yolunun 27-29-cu km-dəki sürüşmə sahələrində aktivlik müşahidə olunub.

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində Günəşli kəndi ərazisində mövcud olan qədim sürüşmə sahəsində uzun illərdir stabillik davam etsə də, sahədə aparılan yol bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən aktivləşmə qeydə alınıb: "Lənkəran-Lerik yolunun 17-19-cu km-də uçqunlar əmələ gəlib. Lənkəran rayonundakı Gəgiran, Masallı rayonundakı Zuvand sürüşmə sahələrinin dinamikasında da aktivlik müşahidə olunub. Zuvand sürüşmə sahəsində proses hələ sönməyib".
 
Ekspediya rəisi bildirib ki, son vaxtlar yağan atmosfer çöküntülərinin təsiri nəticəsində Gədəbəydə Pirdağ və Şahdağ, Daşkəsən rayonunun Alunitdağ, Xızı-Altıağac sürüşmə sahələrinin dinamikasında ay ərzində gərginlik müşahidə edilib: "Eyni zamanda, Quba rayonundakı Küsnət, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilomterliyində, Qusar rayonunun Urva və Qusar-Sudur avtomobil yolunun 37-ci km-dəki mövcud sürüşmə sahələrinin dinamikasında nisbi aktivlik qeydə alınıb".
 
Ə. Qaralov qeyd edib ki, Şamaxı rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km, Saqiyan, Muğanlı və Qaravəlli sürüşmə sahələrinin dinamikasında aktivləşmə müşahidə olunub: "Ağsu rayonunun Sanqalan, Dilman və Qırlar sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində mövcud çatlar genişlənib. İsmayıllıda Zərnava və Xankəndi sürüşmə sahələrinin hər birində aktivlik qeydə alınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR