Siyavuş Novruzov: "Dində qançıxartma, zəncirvurma..."

Siyavuş Novruzov: "Dində qançıxartma, zəncirvurma..."
16:47 4 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Məhərrəm ayında, xüsusilə Aşurə günündə qan çıxartma, zəncir vurma, ələm gəzdirmək və bu kimi hallara qarşı tövsiyələr verilməsinə, qadağalar qoyulmasına baxmayaraq, bu hallar hər il təkrarlanır.

Milli.Azbildirir ki, bunu azvision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib dində qançıxartma, zəncirvurma kimi adətlər yoxdur: "Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüslam Allahşükür Paşazadə, Dini Qurunmlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və mənim iştirakımla Qazilər Şurasının toplantısı keçirildi. Orada bütün axundlar, imamlar iştirak edirdi. İclasda fikirlərimizi çatdırdıq ki, həmin rituallar dinə ziddir. Dində qançıxartma, zəncirvurma yoxdur. Kimsə qançıxartmaq istəyirsə, məscidlərdə qanvermə aksiyasında iştirak etsinlər. Bununla insanlara yardım edə bilərlər. Ona görə də bu il qançıxartma, zəncirvurma kimi hallara yol verilməyəcək".

Komitə sədri diqqətə çatdırıb ki, dini ayinlər və rituallar ancaq məscid, sineqoq, kilsənin daxilində keçirilə bilər: "Kimsə məsciddən kənar bunu etmək istəyirsə, bununla əlaqədar müvafiq icra hakimiyyətinə müraciət etməli və icazə almalıdır".

S.Novzurovun fikrincə, insanlar günahlarını yumaq üçün müxtəlif yollara əl atırlar.

"Məhərrəmlik ayında toy etmək, şənlənmək, deyib gülməklə bağlı son günlər müxtəlif fikirlər səslənir. Sizcə, bu ayda toy etmək olarmı?" sualına komitə sədri belə cavab verib: "İllərlə formalaşan ənənəyə əsasən, Məhərrəm ayı və Səfər ayında insanlar toy etmir, mərasimlər keçirmirlər. Düzdür, bununla Quranda və sünnədə göstəriş yoxdur. Bu, illərlə formalaşan ənənədir. Bu məsələlərdə insanları qıcıqlandırmamalıyıq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR