"Məsləhət olsa, oğlum baldızıyla da yaşayar, yoldaşıyla da"

"Məsləhət olsa, oğlum baldızıyla da yaşayar, yoldaşıyla da"
16:57 4 Oktyabr 2016
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda kürəkən öz baldızını qaçırıb

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu, rayonun Məmmədrzalı kənd sakini olan 15 yaşlı baldızını qaçırıb.

Bildirilir ki, iki uşaq atası olan Ə.Məmmədov Bakıda və Cəlilabadda ara-sıra fəhlə işləyib. Amma tüfeyli həyat tərzinə meyilli olub. Adının çəkilməsini istəməyən Mikayıllı kənd sakinləri Məmmədovu belə xarakterizə ediblər:

"O oğlan haqqında bir cümlə deyəcəyəm. Ondan sonra necə biri olduğunu özünüz başa düşəcəksiniz. Atası rəhmətə gedəndə o, Bakıda idi. Zəng elədilər ki, atan rəhmətə gedib, təcili gəl. İyirmi gündən sonra gəldi çıxdı. Sən demə, Bakıda yüngül həyat tərzi keçirən bir qadınla yaşayırmış. Başı ona qarışıb deyə, gəlib çıxmayıb. Ona görə də bu adamın 15 yaşlı baldızını qaçırması da qeyri-adi bir şey deyil".

Qeyd edək ki, 15 yaşlı qız sentyabrın 23-dən itkin düşmüş hesab edilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR