Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qızılın qiyməti 1 300 dollar/unsiyadan aşağı düşüb

Qızılın qiyməti 1 300 dollar/unsiyadan aşağı düşüb

Neftin qiyməti düşdü (22 Mart 2017 20:28)
​Dünyada qızıl ucuzlaşır, Azərbaycanda isə bahalaşır (14 Mart 2017 18:04)
Neftin qiyməti ucuzlaşmaqda davam edir (11 Mart 2017 09:33)

Tarix: 4 Oktyabr 2016 17:02

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti ardıcıl 6 gün ərzində davam edən azalma nəticəsində 1 300 dollar/unsiya həddindən aşağı düşüb. "Report" xəbər verir ki, bu, iyunun 24-də "Brexit" səsverməsindən sonra qeydə alınan ən aşağı qiymətdir. Xatırladaq ki, iyunun 24-də qızılın unsiyasının qiyməti riskli aktivlərdən qaçan investorların tələbi ilə bir gündə 102 dollar və ya 8,1% artaraq 1 253 dollardan 1 355 dollara yüksəlib.
"Report" xəbər verir ki, qızılın qiymətinin düşməsinə səbəb ABŞ-da yüksək istehsal göstəriciləri fonunda ilin sonuna qədər FES-in uçot dərəcəsini artırması ilə əlaqədardır. Belə ki, uçot dərəcəsinin artırılması investorları öz kapitallarını qızıl kimi konservativ maliyyə alətlərindən ABŞ dövlət istiqrazlarına dəyişməsi səbəbi təşkil edir. Hazırda qızılın unsiyasının qiyməti 1 297 dollara bərabərdir və bu, ilin əvvəlindən 240 dollar və ya 22,6% çoxdur. 
"Report"un analitik qrupu qızılın qiymətinin 1 150 dollar/unsiyaya qədər azala biləcəyini ehtimal edir. Uzunmüddətli perspektivdə isə qiymətli metala yüksək tələb olan ölkələrdə əhalinin real gəlirlərinin azalması fonunda qızılın qiymətinin 900 dollar/unsiyaya qədər azalması proqnozlaşdırılır.

Teqlər:  Qızılın qiyməti 300 dollarunsiyadan aşağı düşüb



RƏYLƏR


Top xəbərlər