Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyevanın köməkçisinin məhkəməsi keçirilib

İlhamə Quliyevanın köməkçisinin məhkəməsi keçirilib

Date: 4 October 2016 17:04

 

Bu gün xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər yenə məhkəməyə gəlməyib. Hakim şahid Zəminə Məhərrəmovanın xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini açıqlayıb.

 

Prosesdə şahidin istintaqa verdiyi ifadə elan edilib.

 

Məhkəmə Mehriban Hüseynova ifadə vermək təklif edib. M. Hüseynovanın vəkilləri əlavə şahidlərin dindirilməsini istəyib: "Biz məhkəmənin hazırlıq iclasında bununla bağlı vəsatət vermişik. Baxılmamış saxlamısınız. Əlavə şahid siyahısına şəxslərin adlarını, soyadlarını, ünvanlarını yazmışıq".

 

Hakim bildirib ki, bu barədə yenidən vəsatət versinlər.

 

Proses  oktyabrın 11-ə təyin edilib.

 

Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

 

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

 


Tags:  İlhamə Quliyevanın köməkçisinin məhkəməsi keçirilib


RƏYLƏR


Top news