Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nazir: "Azerspace-2" gələn ilin sonunda orbitə buxarılacaq"

Nazir: "Azerspace-2" gələn ilin sonunda orbitə buxarılacaq"

Date: 4 October 2016 17:07

İstanbul. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Azerspace-2" milli telekommunikasiya peyki 2017-ci ilin sonunda orbitə buraxılacaq. 
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında İstanbulda (Türkiyə) keçirilən XXVI Ümumdünya Poçt Konqressində iştirak edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
Nazir deyib ki, beynəlxalq tədbir çərçivəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşü zamanı da bu məsələ müzakirə olunub.
"Həmçinin, poçt sahəsində birgə əməkdaşlıq etmək barədə fikir mübadiləsi apardıq. Gələcəkdə isə fiber-optik xidməti sahəsində birgə işçi qrupunun yaradılması nəzərdə tutulub. Bütövlükdə, gələcəkdə bütün sahələrdə əməkdaşlıq əlaqələrimizi genişləndirəcəyik", - deyə R.Quluzadə əlavə edib.
Xatırladaq ki, ikinci telekommunikasiya peyki - "Azerspace-2"nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılması və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə edilməsi planlaşdırılır.
Ümumdünya Poçt Konqresi sentyabrın 19-da işə başlayıb və oktyabrın 7-dək davam edəcək. Toplantıda İttifaqın inkişaf perspektivləri müzakirə edilir, 2016-2020-ci illərdə Universal Poçt İttifaqı İnzibati Şurasının sədrliyinin Türkiyəyə təhvil verilməsi nəzərdə tutulub.

Tags:  Nazir Azerspace-2 gələn ilin sonunda orbitə buxarılacaq



RƏYLƏR


Top news