Olimpiya mükafatçımız 1 milyon manatı Azərbaycandan necə çıxardı?

Olimpiya mükafatçımız 1 milyon manatı Azərbaycandan necə çıxardı?
17:12 4 Oktyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Rio-2016 olimpiadasının gümüş mükafatçısı, Azərbaycan boks yığmasının legioneri Lorenso Sotomayorla bağlı maraqlı məlumatlar yayılıb.

Milli.Az aznews.az-a istinadən bildirir ki, Sotomayor Azərbaycandan gedərkən çamadanında 1 milyon manata yaxın pul aparıb. Bildirilir ki, bu, onun Azərbaycanda 1 il yarım ərzində qazandığı pullardır.

Məlumat üçün bildirək ki, 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərindən Azərbaycan yığmasına gətirilən idmançının milliləşməsi üçün 400 min manat ödənilib. Olimpiya medalından qazandığı gümüş medala görə isə federasiya ona 250 min manat pul ödəyib. Həmçinin o, 1,5 il ərzində hər ay federasiyadan 10 min manat - ümumilikdə 180 min manat maaş alıb. Bunlardan əlavə, o, olimpiya medalçıları üçün ayrılan pul mükafatından da öz nəsibini ala bilib.

Qeyd edək ki, 31-ci Yay Olimpiya Oyunlarında ikinci yeri tutan hər bir idmançıya 200 min, məşqçisinə isə 100 min, manat mükafat verilib.

Xatırladaq ki, Sotomayor olimpiadadan sonra karyerasını başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR