İlham Əliyev: “Rəşid Behbudov xalqına, millətinə çox bağlı insan idi”

İlham Əliyev: “Rəşid Behbudov xalqına, millətinə çox bağlı insan idi”
17:12 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda parkda qan töküldü: arvad ərini bıçaqladı (15 Aprel 2017 10:48)
Arvad ərini parkda bıçaqladı (15 Aprel 2017 10:39)
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidentinə (09 Aprel 2017 19:23)

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı vurğulayılb ki, Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi: “O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır.
Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır.
Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.
Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının Xalq Artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.
Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.
Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

650 qəzalı məktəb şagirdlərinə şad xəbər: modul məktəblər - MEDİATUR

27 Aprel 2017 13:14

Oğurluq edən ağdaşlı əsgəri ov tüfəngi ilə öldürdülər

27 Aprel 2017 13:14

Kirayə pulunu verə bilməyən tələbə qız qatarda yaşayır

27 Aprel 2017 13:14

Sən demə, işdə yuxulamağın ƏSL SƏBƏBİ BU İMİŞ

27 Aprel 2017 13:13

Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

27 Aprel 2017 13:12

La Liqanı tərk edən ilk klub müəyyənləşdi

27 Aprel 2017 13:12

Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub

27 Aprel 2017 13:12

Gənc qız ölən dayısının evini yardı - BAKIDA - FOTO

27 Aprel 2017 13:09

İŞİD və "Taliban" yenə Əfqanıstanı qan gölünə döndərdi

27 Aprel 2017 13:08

General Elçin Quliyevin məhkəməsi başladı

27 Aprel 2017 13:04

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:03

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

27 Aprel 2017 13:02

Almaniya kansleri Türkiyəni hədələdi

27 Aprel 2017 12:59

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 12:58

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

27 Aprel 2017 12:57

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57

Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayıb

27 Aprel 2017 12:57

Azərbaycanlı bu qızların görüntülərini hamı izləyir

27 Aprel 2017 12:55

Azərbaycanda sulu qəlyan qadağan olunur

27 Aprel 2017 12:53

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

27 Aprel 2017 12:52

İdman telekanalı 100 işçisini qovdu

27 Aprel 2017 12:52

Deputat: "Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?"

27 Aprel 2017 12:52

Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

27 Aprel 2017 12:52

Sulu qəlyandan istifadə qadağan edilir - AZƏRBAYCANDA

27 Aprel 2017 12:49

73 yaşında idmana başlayacaq - FOTOLAR

27 Aprel 2017 12:48

Siqaret çəkmədən zəhərlənən insanlarımız - STATİSTİKA AÇIQLANDI

27 Aprel 2017 12:47

Bakı-Tbilsi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

27 Aprel 2017 12:47

İmişlidə yol qəzası: 4 yaralı - SİYAHI - FOTO

27 Aprel 2017 12:47

Sabahın HAVAsı

27 Aprel 2017 12:47

Azərbaycanda bəzi saytların bloklanması bağlı məhkəmə təxirə düşdü

27 Aprel 2017 12:44

İsrail Suriyanı bombaladı

27 Aprel 2017 12:44

56 yaşlı abituriyent imtahan verəcək

27 Aprel 2017 12:43

Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

27 Aprel 2017 12:42

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

27 Aprel 2017 12:42

"Terminator"un oğlu anasının yanına döndü - FOTO

27 Aprel 2017 12:42

Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı

27 Aprel 2017 12:39

Sabah 25 dərəcə isti olacaq

27 Aprel 2017 12:38

Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”

27 Aprel 2017 12:37

“Dəmirbank”dan “Az-Granata”ya transfer olub

27 Aprel 2017 12:37

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

27 Aprel 2017 12:37

Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi - FOTO

27 Aprel 2017 12:37

Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib

27 Aprel 2017 12:35

Quran kursunda uşağı döyüb öldürdülər - DƏHŞƏT

27 Aprel 2017 12:34

Qadınların inanılmaz dəb anlayışı: qurğuşunlu dəri, kirpiksiz üz, zəhərli paltar - FOTOLAR

27 Aprel 2017 12:33

İslamiada zamanı Bakıda xüsusi zolaqlar istifadəyə veriləcək

27 Aprel 2017 12:33

Məryəm Kənanın "nişanlısı" olacaq

27 Aprel 2017 12:32

Balıqçı bacısına görə özünü asdı - LƏNKƏRANDA

27 Aprel 2017 12:32

Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək

27 Aprel 2017 12:32

Sabah temperatur 25°-yə yüksələcək

27 Aprel 2017 12:31

İlk qəbul imtahanının vaxtı açıqlandı - BU RAYONLARDA OLACAQ - SİYAHI

27 Aprel 2017 12:29