Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avstriyaya böyük hesabla məğlub olub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avstriyaya böyük hesabla məğlub olub

Date: 4 October 2016 17:17

Bakı. 4 oktyabr. REPORT.AZ/ 19 yaşadək fubolçulardan ibarət Azərbaycan millisi bu gün 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Avstriya yığması olub.
Azərbaycan millinin yer aldığı 5-ci qrupun oyunlarına ev sahibliyi edən Litvada baş tutmuş görüş Avstriyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Nazim Süleymanovun rəhbərlik etdiyi komandada Elvin Dəmirov 63-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib. Millinin yeganə qoluna 41-ci dəqiqədə Anton Krivotçuk imza atıb. 
Qrupun digər oyununda Litva və Bosniya və Herseqovina yığmaları qarşılaşacaq.
Azərbaycan yığması növbəti oyununu oktyabrın 6-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. U-19 qrup mərhələsinin son oyununda Litva ilə münasibətlərinə aydınlıq gətirəcək. Həmin görüş oktyabrın 9-da olacaq. Hər iki oyun saat 15:00-da start götürəcək.
Avropa çempionatı, I tur
15:00. Avstriya - Azərbaycan - 4:1
Qollar: Arnel Yakupoviç, 23; 66. Aleksandr Koqler, 46. Sandi Lovriç, 81 - Anton Krivotçuk, 41
Qırmızı vərəqə: Elvin Dəmirov, 63
Baş hakim: Conatan Lardot (Belçika)
Yan xətt hakimlər: Frederik Qodelayn (Belçika), Bitis Snarskis (Litva)
Dördüncü hakim: Manfredas Lukyansiukas (Litva)
Litva, Mariyampole. "Suduva" futbol klubunun bazası
Qeyd edək ki, turnirin reqlamentinə əsasən 13 qrupda 4 komanda, ümumilikdə 52 yığma final mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Hər qrupda ilk iki pillənin sahibi növbəti mərhələyə yüksələcək. Bir komanda isə ən yaxşı üçüncü yerin sahibi kimi yoluna davam edəcək və elit mərhələdə 27 komanda mübarizə aparacaq. 7 qrupa bölünəcək komandalardan birinci yeri tutacaq 7 yığma komanda turnirin final mərhələsinə vəsiqə qazanacaq.
Final mərhələsində ev sahibi Gürcüstanla bərabər 8 komanda çıxış edəcək. Turnirin final oyunları 2 - 15 iyulda keçiriləcək.

Tags:  yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avstriyaya böyük hesabla məğlub olub

RƏYLƏR


Top news