Birinci xanım Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - FOTO

Birinci xanım Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - FOTO
17:22 4 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 4-də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən paytaxtdakı daha bir uşaq evinin sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar. Xətai rayonundakı 3 nömrəli uşaq evi əsaslı təmir və bərpadan sonra kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların istifadəsinə verilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müəssisənin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi - uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.

Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan şəraitlə tanış oldu. Müəssisədə kimsəsiz və valideyn himayəsindən məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18 yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq, xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.

Otaqları gəzən Mehriban Əliyeva uşaq evinin sakinləri ilə söhbət etdi, onların qayğıları və arzuları ilə maraqlandı.

Söhbət zamanı uşaq evinin sakini Sənan Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla görüşlərindən birini xatırladı. Bildirdi ki, həmin görüş zamanı Leyla Əliyeva uşaqların istək və arzuları ilə maraqlanıb. Sənan isə ciddi göz xəstəliyindən əziyyət çəkdiyini deyərək, ən böyük arzusunun səhhətindəki bu problemin həll edilməsi olduğunu söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidentinin dəstəyi ilə Sənan uğurla əməliyyat olunub və hazırda onun görmə qabiliyyəti ilə yaşanan çətinliklər həll edilib. Sənan Məmmədov ən böyük arzusuna çatdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Müasir üslubda təmir və bərpa olunan uşaq evi zəruri mebel - inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, internet və yanğın xəbərverici sistemləri yaradılıb. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb.

Müəssisənin zəngin kitabxanası da var. Azərbaycanın birinci xanımı uşaqlar arasında kitab oxumağı təbliğ etməyin vacibliyini bildirdi.

Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları, valideynlərlə görüş otağı inşa edilib. Təmirdən sonra uşaq evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.

Həmişə olduğu kimi, bu dəfə də uşaq evinin sakinləri Mehriban Əliyevanın əhatəsinə toplaşdılar, ən böyük dost saydıqları Azərbaycanın birinci xanımına bacarıqlarını nümayiş etdirdilər, şeir söylədilər, birgə foto çəkdirdilər.

Müəssisənin həyətində süni yaşıl örtüklü idman meydançası yaradılıb, yaşıllıq salınıb, ərazidə və binanın fasadında müasir işıqlandırma sistemi, uşaqların istirahəti üçün dekorativ oturacaqlar quraşdırılıb.

Heydər Əliyev Fondu ölkədəki bütün uşaq evləri kimi, 3 saylı uşaq evinin sakinlərini də hər zaman diqqət və qayğısı ilə əhatə edir. Yay aylarında bu uşaqlar Fondun dəstəyi ilə Buzovna qəsəbəsində inşa edilən və müasir tələblərə cavab verən dördmərtəbəli sağlamlıq-istirahət mərkəzində dincəlirlər.

Uşaq evinin məzunları da Fondun dəstəyini hər zaman hiss edirlər. Belə ki, hərbi xidmətini başa vuran uşaq evinin keçmiş sakinləri neft emalı zavodunda iş və yataqxana ilə təmin olunurlar. Müəssisənin qız məzunları isə Masazırda uşaq evlərinin məzunları üçün inşa edilən binada yaşayırlar.

Uşaq evində yaradılan şəraitdən razı qalan Mehriban Əliyeva müəssisənin kollektivinə uğurlar arzuladı.

Milli.Az

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mançester Yunayted" rəqibini 4 qolla məğlub etdi

19 Avqust 2017 20:45

Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

19 Avqust 2017 20:42

Türkmənistanda spirtli içkilərin satışı qadağan edildi

19 Avqust 2017 20:33

İspaniyada “erməni soyqırımı” iddiaçısı olan türk yazıçı tutuldu

19 Avqust 2017 20:29

Hindistanda qatar reysdən çıxdı - ölanlərin sayı 20-ə çatdı

19 Avqust 2017 20:28

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

19 Avqust 2017 20:19

Tanınmış müğənninin sevgilisi 3 aylıq hamilədir - FOTOLAR

19 Avqust 2017 20:18

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:17

"Neftçi"nin baş məşqçisini istefaya səslədilər

19 Avqust 2017 20:17

Sızanaqları yox edən təbii maskalar

19 Avqust 2017 20:08

Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

19 Avqust 2017 20:03

Güclü külək festival çadırını uçurdu

19 Avqust 2017 19:52

Atmosferi çirkləndirən sürücülər cərimələndi

19 Avqust 2017 19:49

Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

19 Avqust 2017 19:48

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, 7 nəfər xəsarət alıb

19 Avqust 2017 19:47

Sabaha olan hava proqnozu

19 Avqust 2017 19:36

Çox yaşamaq istəyənlərin nəzərinə

19 Avqust 2017 19:33

Heç kimin buraxılmadığı sirli şəhər

19 Avqust 2017 19:28

Rusiya paytaxtının köçürülməsi TƏKLİFİ

19 Avqust 2017 19:23

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

19 Avqust 2017 19:22

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər an ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39

Prezidentdən 24 yaş böyük həyat yoldaşı: “Geyimimə diqqət yetirilməsini sevmirəm ”

19 Avqust 2017 17:38

İlham Əliyev Samuxda səfərdədir (YENİLƏNİR)

19 Avqust 2017 17:33

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

19 Avqust 2017 17:32

Yaponiyada 9 nəfər ildırım vurmasına görə xəstəxanaya yerləşdirilib

19 Avqust 2017 17:32

Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb

19 Avqust 2017 17:27

Rauf Əliyev yeni klubunda debüt etdi

19 Avqust 2017 17:27