Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lider TV-nin direktor müavini məhkəməyə gəlmədi

Lider TV-nin direktor müavini məhkəməyə gəlmədi

Date: 4 October 2016 17:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

Hakim bildirib ki, şahid Zəminə Məhərrəmova xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib.

Müdafiə tərəfinin vəkilləri hazırlıq iclasında əlavə şahidlərin çağırılması ilə bağlı verdikləri vəsatətə baxılmasını istəyiblər. Qeyd olunub ki, onlardan biri Lider TV-nin direktor müavini Lamiyə Babayevadır və o, canlı yayımda olduğu üçün məhkəməyə gələ bilməyib.

Hakim qeyd edib ki, əlavə şahidlərlə bağlı yenidən vəsatət verilsin:

"Kimin gətirilib-gətirilməyəcəyinə biz qərar verəcəyik".

Məhkəmə prosesi oktyabrın 11-də davam etdiriləcək.


Tags:  Lider TV-nin direktor müavini məhkəməyə gəlmədi

RƏYLƏR


Top news