Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DTX və XKX-yə dövlət qulluğu statusu verilir

DTX və XKX-yə dövlət qulluğu statusu verilir

Date: 4 October 2016 17:27

Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.

Milli.Az bildirir kİ, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən "milli təhlükəsizlik" sözləri çıxarılır. Eyni zamanda "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti" sözləri daxil edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. 

Milli.Az


Tags:  DTX XKX-yə dövlət qulluğu statusu verilir

RƏYLƏR


Top news