“MasterCard” “selfi”nin köməyilə alış-verişin ödənişi sistemini istifadəyə verib

“MasterCard” “selfi”nin köməyilə alış-verişin ödənişi sistemini istifadəyə verib
17:35 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“MasterCard” ödəmə sistemi 4 oktyabr tarixində bəzi Avropa ölkələrində “selfi” və ya barmaq izinin köməyilə kredit kartı sahibinin şəxsiyyətini təsdiq etməyə imkan verən sistem istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.ru” saytına istinadən yazır ki, daha əvvəl ABŞ, Kanada və Niderlandda sınaqdan keçirilən “Identity Check” texnologiyasından Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Danimarka, Almaniya, Norveç, İspaniya, Çexiya, Finlandiya və İsveçdən olan kart sahibləri istifadə edə bilərlər. Bu halda “MasterCard”dan bildirilib ki, gələn il başqa ölkələrdə də “selfi”nin köməyilə eyniləşdirmə texnologiyası əlçatan olacaq.

Yeni sistemdən istifadə etmək istəyən kartın sahibi əvvəlcə smartfona xüsusi proqram qurmalı və nəzarət “selfi” şəkil çəkdirməlidir. Bu şəkil “MasterCard”ın serverində saxlanılacaq və məhz sonrakı şəkillər onunla tutuşdurulacaq. Sonralar alış-veriş edərkən istifadəçi parol deyil, test “selfi” şəkil çəkə bilər. Bu halda hakerlər şəkildən istifadə edərək sistemə müdaxilə edə bilməzlər, çünki hər bir tranzaksiya zamanı sistem istifadəçidən göz qırpmağı tələb edəcək.


Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43620-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR