Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda problemli kreditlərin həcmi yeni tarixi rekord müəyyənləşdirib

Azərbaycanda problemli kreditlərin həcmi yeni tarixi rekord müəyyənləşdirib

Date: 4 October 2016 17:37

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekor müəyyənləşdirib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.
Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.

Tags:  Azərbaycanda problemli kreditlərin həcmi yeni tarixi rekord müəyyənləşdirib

RƏYLƏR


Top news