Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidə evdən 2500 manat pul və noutbuk oğurlanıb

Binəqədidə evdən 2500 manat pul və noutbuk oğurlanıb

Date: 4 October 2016 17:42

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda evdən oğurluq olub.
Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Məlumata görə rayonun Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən Vidadi Səfərova məxsus fərdi yaşayış evindən 2500 manat pul və noutbuk oğurlanıb. Belə ki, ev sahibi V.Səfərov ailəsi ilə birgə başqa bir ünvanda ad günü mərasimində olub. Bu vaxt naməlum şəxslər onun evinə dəmir barmaqlıqları qırmaqla daxil olublar. Mənzilin içərisində axtarış aparan şəxslər 2500 manat pul və noutbuku aparıblar.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Tags:  Binəqədidə evdən 2500 manat pul noutbuk oğurlanıb

RƏYLƏR


Top news