"Dostlarım yediklərimi görəndə təəccüblənirlər" - Eldar

"Dostlarım yediklərimi görəndə təəccüblənirlər" -  Eldar
17:46 4 Oktyabr 2016
64 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Eldar Qasımov son günlər xeyli arıqlaması ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinə açıqlamasında bildirib ki, bir ilə yaxındır bütün kalorili yeməklərdən imtina edib:

“İdmanla məşğul oluram, sağlam qidalanıram. Çünki formada qalmaq mənim üçün vacibdir. Dostlarım evimə gəlir, yediyim pəhriz qidalarına baxıb təəccüblənirlər ki, bu yeməkləri necə qəbul edirsən? Artıq öyrəşmişəm”.

“Eurovision 2011” qalibi yeniliklərindən də söz açıb:

“Yeni layihələr üzərində iş gedir. Növbəti mahnım kliplə eyni vaxtda həm ingilis, həm də Azərbaycan dilində çıxacaq. Klub konsertlərim olacaq. Çünki əksər auditoriya oradadır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR