Filipp Kirkorov yeni "Mən" şousu ilə Baku Crystal Hall-da - VİDEO

Filipp Kirkorov yeni "Mən" şousu ilə Baku Crystal Hall-da - VİDEO
17:47 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu yay "Jara" Beynəlxalq Musiqi Festivalında böyük uğurla çıxış etmiş Rusiyanın xalq artisti Filipp Kirkorov dünya turnesi çərçivəsində dekabrın 10-da "Crystall Hall"da yeni "Mən" şousunu təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Mən" şousunun premyerası 2016-cı ilin martında Moskvadakı Dövlət Kreml Sarayında, ardından isə Rusiyanın bir çox şəhərlərində və xaricdə baş tutub.

Turne F.Kirkorovun 50 illik yubileyinə həsr olunub. Tamaşa təkcə Azərbaycan deyil, həm də dünya pop səhnəsi üçün misilsizdir. Bu şou tamaşaçılara Filippin daxili dünyasını, onun arzularını və fikirlərini göstərəcək. Məhz buna görə də şou "Mən" adlanır. Teatrlaşdırılmış proqram dolğunluq vəd edir: müğənni bir çox yeni mahnılar ifa edəcək, köhnə hitlər isə yeni aranjmanda səsləndiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/476077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR