"Türk Dünyası: Sibirdən Balkanlara" adlı etno FOTO sərgi keçirilir

"Türk Dünyası: Sibirdən Balkanlara" adlı etno FOTO sərgi keçirilir
17:52 4 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 3-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə MEK-in Sərgi salonunda türkoloq alim Güllü Yoloğlunun "Türk Dünyası: Sibirdən Balkanlara" adlı etno foto sərgisinin açılış mərasimi keçrildi.

Milli.Az xəbər verir ki, MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü türk dövlət başçılarının imzası ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasının əhəmiyyətini vurğulayaraq, Mərkəzi Elmi Kitabxananın daim bu cür ictimai, elmi əhəmiyyət kəsb edən tədbirlərə dəstək verdiyini bildirdi.    

Türkoloq Güllü Yoloğlu sərgi haqqında məlumat verərək Türkiyə, KKTC, Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı türk xalqlarının adət-ənənələrini, həyat tərzini, inancını, mədəniyyətini əks etdirən 60 fotoşəkilin nümayiş olunduğunu dedi. 

Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu, AMEA Fizika İnstitutunun əməkdaşı Yusif Afşar, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, filosof Asif Bayramov çıxış edərək foto sərginin əhəmiyətindən danışdılar. Sonda sərgiyə baxış keçrildi. Foto sərgi oktyabrın 7-dək davam edəcək.

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda türk dövlət başçılarının Türk Konseyinin yaradılması ilə bağlı imzaladığı sərəncama əsasən hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd olunur. Sərgi eyni zamanda sözügedən tarixi hadisəyə həsr olunmuşdu.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR