Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bankların mərkəzləşmiş kredit öhdəlikləri artıb

Azərbaycanda bankların mərkəzləşmiş kredit öhdəlikləri artıb

Date: 4 October 2016 17:57

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan məcmu öhdəlikləri sentyabr ayının 1-nə 7 254,1 mln. manat təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan göstərici ilə müqayisədə 161 mln. manat və ya 2,27%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 302,7 mln. manat və ya 2,46 dəfə artıb. 
İlin əvvəlinə nisbətən isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 879,1 mln. manat və ya 34,96% artım göstərib. Artım əsasən banklara verilən dollar kreditləri hesabına yarandığı ehtimal edilir. Məhz avqust ayında manat dollarla müqayisədə 3% ucuzlaşıb.

Tags:  Azərbaycanda bankların mərkəzləşmiş kredit öhdəlikləri artıb

RƏYLƏR


Top news