Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Bank Standard”ın qorunan əmanətçilərinə müraciət edildi

“Bank Standard”ın qorunan əmanətçilərinə müraciət edildi

Date: 4 October 2016 18:08

Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Bank Standard” KB-nin qorunan əmanətçilərinə müraciət edib.

Publika.az fonda istinadən xəbər verir ki, oktyabrın 4-də bankda sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə 11 oktyabr 2016-cı il tarixindən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - xarici valyuta üzrə 3% və 16 sentyabr 2016-cı il tarixdən qüvvəyə minmiş milli valyuta üzrə 15% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində (1 mart 2019-cu ilədək) tam sığortalanır.

İqtisadiyyat şöbəsi


Tags:  Bank Standardın qorunan əmanətçilərinə müraciət edildi



RƏYLƏR


Top news