Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fəridə Məmmədova Rusiyaya gedir

Fəridə Məmmədova Rusiyaya gedir

Date: 4 October 2016 18:12

Azərbaycan Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti Fəridə Məmmədova oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə "ProkofyevFEST" festivalı çərçivəsində keçirilən vokal gecəsində iştirak edəcək.

Opera və Balet Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbirdə bir sıra ölkələrdən və həmçinin Rusiyadan olan görkəmli musiqiçilər çıxış edəcəklər. Rusiya Musiqi Mədəniyyəti Muzey mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda əməkdar artist Gülşən Ənnağıyeva müşayiət edəcək.

Milli.Az


Tags:  Fəridə Məmmədova Rusiyaya gedir

RƏYLƏR


Top news