Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın "İran izi" ifşa olundu

Trampın "İran izi" ifşa olundu

Date: 4 October 2016 18:17

Hillari Klinton rəqibi Donald Trampı ABŞ-ın qoyduğu sanksiyaları saya salmadan İran ilə əməkdaşlıq etməkdə suçlayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Hillari Klintonun açıqladığı dosyedə Trampın İranla əlaqləri ifşa olunur. Sənəddə bildirilir ki, Tramp Nyu-Yorkda İranın "Bank Melli" bankı üçün yer icarəyə götürübmüş. Ofis Manhettendə, Beşinci Avenyüdə, "General Motors" binasının 44-cü mərtəbəsində yerləşirmiş.

"Trampın nəzarətində olan təşkilatın İran bankı ilə əməkdaşlığı göstərir ki, onun biznes maraqları hər şeydən üstündür və seçkiqabağı mübarizədə dediyi sözlər əməlləri ilə üst-üstə düşmür. Söhbət dollardan gedəndə Tramp hamı ilə işbirliyinə hazırdır", - deyə hesabatda vurğulanır. 

Milli.Az


Tags:  Trampın İran izi ifşa olundu


RƏYLƏR


Top news