Kamran Ağayev Kasilyası "11-liy"ə buraxmadı - VİDEO

Kamran Ağayev Kasilyası "11-liy"ə buraxmadı -   VİDEO
18:17 4 Oktyabr 2016
142 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya Primeyra Liqasının ötən turunda diqqət mərkəzinə düşən Kamran Ağayev rəmzi yığmaya layiq görülüb. 


Fanat.Az xəbər verir ki, "Moreyrense” ilə oyunda penalti dəf etməklə "Boavişta"nın qələbəsinə töhvə verən Kamran whoscored.com saytının tərtib etdiyi rəmzi "11-liy"ə adını yazdırıb.


Ondan başqa, "Boavişta”nın daha 2 futbolçuыг bu siyahıda yer alıb. Bunlar "Moreyrense"yə 1-ci qolu vurmuş braziliyalı mərkəz müdafiəçisi Lukas və konqolu hücumçu Andre Bukiadır.


Qeyd edək ki, həmyerlimiz turun ən yaxşı qapıçısı seçilməklə "Portu"nun məşhur ispaniyalı "çərçivə" qoruyucusu İker Kasilyası da qabaqlamış olub.




Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayev-kasilyas-quot11-liyquot-buraxmad-t53087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR