Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

38 yaşlı modeldən qalmaqallı status: "Namus..." FOTOLAR

38 yaşlı modeldən qalmaqallı status: "Namus..." FOTOLAR

Date: 4 October 2016 18:18

Ötən mövsüm “Survivor”-da yarışan türkiyəli model Tuğba Özay "İnstagram"da qadının namusu barədə qalmaqal yaradacaq status yazıb.

Publika.az xəbər verir ki, 38 yaşlı model ananın övladına verəcəyi ən gözəl mirasın namus olduğunu yazıb: “Namus təkcə bədəndə deyil. Namus ürəkdə və beyindədir, əgər sən namuslu bir insansansa, beynin və ürəyin başqa yerlərinə də hökm edər... Namus sadəcə qadında olmaz, kişi də namuslu olmalıdır. Namuslu insan başqasının haqqını yeməz, xəyanət etməz, pislik, hiyləgərlik, xainlik nədir bilməz! Bilsə də, tətbiq etməz. İnsanı istifadə etməz, yalan danışmaz, başqasına ləkə atmaz. Dostluğa, sevgiyə əhəmiyyət verər. Namuslu insan başqa birinə sırf şəxsi mənfəəti uğruna yaxınlaşmaz. Bu dövrdə namuslu insan olmaq çətindir. Amma mayan yaxşıdırsa, səni heç bir şəraitdə pozmaq olmaz. Mayası xarab olanı isə mühit tez pozur. İnsan olmaq, yaxşı insan olmaq, namuslu insan olmaq çətin və sənətkarlıqdır. Heç bir sənət janrına aid olmayan bir sənətkarlıq...".

Xatırladaq ki, Tuğba Özay 1995-ci ildə "Miss Model of the World" dünya gözəllik yarışmasında ikinci olub.

Tabloid.az




















Tags:  yaşlı modeldən qalmaqallı status Namus FOTOLAR

RƏYLƏR


Top news