Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzərin sahilboyu zolağının elektron qrafik təsviri hazırlanacaq

Xəzərin sahilboyu zolağının elektron qrafik təsviri hazırlanacaq

Date: 4 October 2016 18:28

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 15 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Publika.az-ın xəbərinə Nazirlər Kabinetinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanda nəzərdə tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.


Tags:  Xəzərin sahilboyu zolağının elektron qrafik təsviri hazırlanacaq


RƏYLƏR


Top news