Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ruslar Bakıya gəlir - HAZIR OLUN!

Ruslar Bakıya gəlir - HAZIR OLUN!

Date: 4 October 2016 18:33

Oktyabrın 10-dan 14-dək Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.

Nizami Kino Mərkəzindən Publika.az-a verilən məlumata gərə, bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək Kino Günlərinin açılışı 10 oktyabr saat 19:00-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə olacaq.

Kino Günləri çərçivəsində 11 oktyabr saat 19:00-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 19:00-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 19:00-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 19:00-da isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Cəvahir


Tags:  Ruslar Bakıya gəlir HAZIR OLUN


RƏYLƏR


Top news