Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah paytaxt və bir neçə rayonda qaz olmayacaq

Sabah paytaxt və bir neçə rayonda qaz olmayacaq

Date: 4 October 2016 18:42

Oktyabrın 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Böyük-Şor", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Mədrəsə", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ucar", "Lək" və "Zərdab" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Milli.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Göylər, Mirikənd, Muğanlı, Qurdtəpə və Kərkəz kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Sabunçu rayonunun, həmçinin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az


Tags:  Sabah paytaxt neçə rayonda qaz olmayacaq

RƏYLƏR


Top news