“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab
18:43 4 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ədəbiyyatının daha mükəmməl və yeni elmi meyarlar əsasında tədqiqinin reallaşdırılması sahəsində son üç ildə Nizami adına Ədəbiyyat İnstitutunun mühüm fəaliyyətinin çoxsaylı nəticələrindən biri olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” adlı kitablar seriyasının nəşrinə başlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru,akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi artıq işıq üzü görüb.

“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 noyabr, 2013-cü il Sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Məhəmməd Əmin Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, “Azərbaycan Cümhuriyyəti”, “Qafqaziya türkləri” monografiyalarının uyğun fəsilləri və digər monoqrafiyaları toplandığı kitab təkcə bu mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.

Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı” şöbəsində filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından istifadə olunub.

Məmməd Əmin Rəsulzadə kitabının tərtibçiləri və nəşrə hazırlayanları filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, filologiya üzrə elmlər doktoru professor Şamil Vəliyevdir.

Hazırda “Azərbacan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/170947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR