“Məktəblərdə fiziki tərbiyə müəllimləri çatışmır” – Məhəbbət Vəliyeva

“Məktəblərdə fiziki tərbiyə müəllimləri çatışmır” – Məhəbbət Vəliyeva
18:44 4 Oktyabr 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

 

"Hazırda Bakı məktəblərində fiziki tərbiyə müəllimi ixtisası üzrə vakant yerlər daha çoxdur".

 

 

Bunu Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin müdiri Məhəbbət Vəliyeva Lent.az-a müsahibəsində deyib.

 

 

M.Vəliyeva deyir ki, bu, əslində fiziki tərbiyə müəllimlərinin nəzəri deyil, əsasən praktik biliklərə sahib olması ilə bağlıdır: “Bilirsiniz ki, müəllimlərin işə qəbulu test imtahanları ilə tənzimlənir. Yeni bu kurikulum proqramının tələblərinə əsasən fiziki tərbiyə müəllimləri nəzəri biliklərə də malik olmalıdır. Onların da nəzəri bilikləri aşağı olması nəticəsində daimi işlə təmin oluna bilmirlər. Təhsil Nazirliyi də bunun ciddi problem olduğunu bilir və bununla bağlı Nazirliyə müvafiq təkliflərlə müraciət etmişik”.

 

 

Qurum rəsmisi onu da qeyd edib ki, məktəblərdə rus bölməsi üzrə ibtidai sinif müəllimləri də çatışmır: “Hətta elə məktəblər var ki, ibtidai sinif müəlliməsi həm Rus, həm də Azərbaycan bölməsi üzrə dərs deyir. Bu çox ciddi kadr çatışmazlığının göstəricisidir. Çıxış yolu kimi rus bölməsi üzrə ibtidai sinif müəlliməsi işləyən, yaşı 65-dən yuxarı olan müəllimlərin əmək müqaviləsi uzadılıb”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR