21 yaşlı qızı maşın vurdu

21 yaşlı qızı maşın vurdu
18:57 4 Oktyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/476097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR