Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni Kardaşyanın cangüdəni: "Sizi tapacağıq" - FOTO

Erməni Kardaşyanın cangüdəni: "Sizi tapacağıq" - FOTO

Date: 4 October 2016 19:05

ABŞ-ın ən məşhur realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyan Parisdəki oteldə qarətə məruz qalandan sonar mühafizəsini gücləndirmək qərarına gəlib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 35 yaşlı Kardaşyanın qaldığı nömrəyə soxulan 5 maskalı şəxs erməni realiti-şou ulduzunun əl-qolunu bağlayandan sonra ağzına skot vurublar, vanna otağına salıblar.

Quldurlar 10 milyon dollarlıq zinət əşyaları apararaq aradan çıxıblar.

Olay yaşanan anlarda K.Kardaşyanın şəxsi cangüdəni Paskal Duvye hadisə yerindən 2 km aralıda, Kim Kardaşyanın bacıları Kendall CennerKortni Kardaşyanla birlikdə "Arc" gecə klubunda idi.  Duvye onları qoruyurdu.

Kim Kardaşyanın dediyinə görə, baş verənlərdə Paskal Duvyeni "zərrə qədər suçlamır" və cangüdənindən razıdır.

İki övlad atası, alman P.Duvye isə deyib: "Parisə baş verən hadisələr indiyədək gördüyü və ya eşitdiyim ən iyrənc hadisələrdən biridir. Cinayətkarlar bilsinlər, onları tapacağıq. Bunu vəd edirəm".

P.Duvye 2013-cü ildən bəri K.Kardaşyanın cangüdənidir.

Milli.Az






















Tags:  Erməni Kardaşyanın cangüdəni Sizi tapacağıq FOTO

RƏYLƏR


Top news