ABŞ-da güclü partlayış

ABŞ-da güclü partlayış
19:29 4 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-Cersi ştatında güclü partlayış nəticəsində iki yaşayış binası uçub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Peterson şəhərində baş vermiş partlayışa səbəb qaz sızması olub.

 

“NBC 4 New York” telekanalının məlumatına görə, partlayışdan sonra baş vermiş yanğın nəticəsində daha bir binaya ciddi ziyan dəyib.

 

Hadisə yerinə çoxlu sayda yanğın söndürənlər və xilasedicilər cəlb olunub.

 

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR