“O, bizim evimizdə dəfələrlə olub” - prezident

“O, bizim evimizdə dəfələrlə olub” - prezident
19:46 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Axşam.az prezidentin abidənin önündəki çıxışını təqdim edir:

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Rəşid Behbudov öz həyatını musiqiyə həsr edib. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olub. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır.

Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır.

Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olub. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.

Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülüb. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının xalq artisti adına layiq görülüb. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının xalq artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.

Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.

Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilib. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilib, mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaqdır”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

23 İyun 2017 09:32

Manatın MƏZƏNNƏSİ

23 İyun 2017 09:32

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03

Bu gün növbəti buraxılış imtahanları keçirilir

23 İyun 2017 08:01

Formula 1 – Azərbaycan Qran-Prisi başlayır

23 İyun 2017 08:01

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

23 İyun 2017 07:52

SOCAR prezidentinin müşaviri dünyasını dəyişib

23 İyun 2017 07:47