Almaniya Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır

Almaniya Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır
19:57 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Almaniya şirkətləri Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. O bildirib ki, Almaniyanın kiçik və orta biznes müəssisələri artıq dünyada məşhurdurlar: "Onlar üçün ticarət palatasının olması çox vacibdir. Bununla da işgüzar dairələr arasında əlaqələr genişlənir. Beləliklə biz dayanıqlı və uzun sürən münasibətləri inkişaf etdirə bilərik. Bu, həmçinin ticari əlaqələrin və ticarət həcminin inkişafına gətirib çıxaracaq. Digər tərəfdən də iqtisadiyyatın şaxələnməsinə öz töhfəsini verəcək".

Səfir bildirib ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Almaniyanın ən böyük ticarət tərəfdaşıdır: "Azərbaycan Rusiyadan başqa MDB ölkələri içərisində Ticarət Palatasının olduğu yeganə ölkədir. Ölkələr arasında münasibətlərimiz mədəniyyət və təhsil sahələrində də davam edir. Azərbaycanlı tələbələr təhsil almaq üçün Almaniyaya gedirlər. Bu münasibətlər gələcəkdə daha da möhkəmlənərək əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/476102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR