Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna səfiri: "Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir"

Ukrayna səfiri: "Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir"

Date: 4 October 2016 20:27

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib". 
"Report"un məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukraynanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. 
Səfir bu dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: "Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir". 
"Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb" - A.Mişenko deyib. 
Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm". 

Tags:  Ukrayna səfiri Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir

RƏYLƏR


Top news