Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

20:46 4 Oktyabr 2016
24 Şou
Ölkə mətbuatı
A- A+

2016-cı il oktyabr ayının 10-dan 14-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.

Axşam.az nazirliyə istinadən xəbər verir ki, bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək Kino Günlərinin açılışı 10 oktyabr saat 19:00-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə olacaq.

Kino Günləri çərçivəsində 11 oktyabr saat 19:00-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 19:00-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 19:00-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 19:00-da isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR