İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?

İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?
21:12 4 Oktyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimdə buyurulur: "Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar". ("Fatir" 10).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: "Heyhat minnaz-zilləh".
İmam Hüseynin (ə) başqa Məsum İmamlar (ə) kimi Qurana çox bənzərlikləri vardır. O cümlədən:
1. Quran insanların üzərində olan hüccətdir. İmam Hüseyn (ə) də insanlar üzərində olan Allahın hüccəti idi.
2. Quran oxumaq və ona baxmaq ibadətdir. İmam Hüseynin (ə) məzlumluğuna ağlamaq da ibadətdir.
3. İmam Hüseynin (ə) ziyarəti qəm və qüssə ilə bir yerdə olmalıdır. Quranın da xəbərdarlıqlarını qəm və qüssə ilə oxumaq lazımdır.
4. Quran - şəfa mənbəyidir. İmam Hüseyn (ə) türbəti də insanlara şəfa verir.
5. Quran - əziz kitabdır. İmam Hüseyn (ə) də həm davamçıları və həm də qeyriləri tərəfindən seviləndir.
6. Hər ikisi də bəşərin hidayət mənbəyidir.
7. Hər ikisi haqqın nurudur.
8. Hər ikisi də şəfaət edəcəkdir.
9. Hədislərimiz buyurur ki, Quran - kəlamların seyyididir. İmam Hüseyn (ə) də şəhidlərin seyyididir.
10. Quran əzəməti ilə tanıdılmışdır. Həzrət Hüseyn (ə) də əzəmət sahibi idi.
11. Quran nicat bayrağıdır, İmam Hüseyn (ə) də nicat gəmisidir.
12. Heç biri aradan getmir və həmişəlik qalıcıdır.
13. Hər ikisi də bərəkətə malikdir.
14. Hər ikisi də yolunu azmaqdan uzaqdır.
15. Hər ikisi də kəramətə malikdir.
16. Hər ikisi də aşkar dəlildir.
17. Quranı hüzurla oxumaq lazımdır, İmam Hüseynin (ə) ziyarətini də hüzurla, yavaş addımlarla etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR