Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

DiKaprio “Ağ Ev”də Obama ilə görüşdü - foto

DiKaprio “Ağ Ev”də Obama ilə görüşdü - foto

Date: 4 October 2016 21:16

“Oskar” mükafatlı aktyor Leonardo DiKaprio və ABŞ prezidenti Barak Obama “Ağ Ev”də qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda müzakirə aparıblar.

Axşam.az Euronews-a istinadən xəbər verir ki, aktyor ekoloji problemlərin dünya üçün getdikcə daha təhlükəli hala çevrildiyini deyib:

“Elm aləmində yanaşmalar məlumdur. Müzakirələr geridə qaldı. Əgər iqlim dəyişikliyinə inanmırlarsa, həqiqətlərə və elmə də inanmırlar. Buna görə, belələrinə ictimai təşkilatlarda vəzifə verilməməlidir”.

B.Obama da öz növbəsində iqlim dəyişikliyinin bəzi bölgələrdə sosial böhranlara səbəb olacağını söyləyib.

Qeyd edək ki, DiKaprio ətraf mühit problemləri ilə yaxından maraqlanır və tez-tez maddi yardımlar edir.




Tags:  DiKaprio Evdə Obama görüşdü foto


RƏYLƏR


Top news