"Pulun yarısını istəyirdilər" - Stamenkoviçdən ağır ittiham

"Pulun yarısını istəyirdilər" -  Stamenkoviçdən ağır ittiham
21:17 4 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində bir sıra maraqlı faktların üstünü açıb. Serbiyalı qolkiperin həmin açıqlamalarını təqdim edirik:


"Azərbaycanı tərk edəndə Elnur Məmmədovla Mübarizə Xudiyev mənə zəng etməyə başladılar. Mənə dedilər ki, borcunun qaytarılmasını təşkil edə bilərik. Lakin bir şərtlə ki, onun yarısı sənə, yarısı bizə çatacaq".


"Mənə elə gəlir ki, Çingiz Abdullayev onların mənimlə söhbətindən xəbərsizdir. Fikrimcə, Məmmədovla Xudiyev bunu Müşahidə Şurasından gizlin ediblər. Yaxşı ki, bir müddət öncəki tənqidlərimdən sonra onlara mane olan şəxsləri komandadan uzaqlaşdırdılar. Həmin vaxt mən Çingiz Abdullayev barədə pis heç nə deməmişdim. Sözlərimi səhv yozdular. Bu isə mənim səhvim deyildi. Ümid edirəm ki, yeni rəhbərlik əvvəlkilərin səhvini düzəldəcək və mənim də borcumu qaytaracaqlar. "Neftçi"də layiqli mübarizə aparmışam, komanda ilə 2 çempionluq, 2 kubok qazanmışam, Avropa Liqasının qrup mərhələsində oynamışam. Hazırda da bu klubda hər şeyin qaydasında olması mənim üçün vacibdir".


Qolkiperin sözlərinə görə, Məmmədov Müşahidə Şurasından hər şeyi gizlin saxlayırmış: "Klubda hər kəs çalışırdı. Bircə Məmmədov ziyan vururdu, yalan danışırdı. Əminəm ki, Abdullayevdən də hər şeyi gizlin saxlayıb. Əks halda bu klubda belə vəziyyət yaranmazdı. Ümid edirəm ki, "Neftçi" yaxın gələcəkdə əvvəlki şöhrətini bərpa edəcək".


"Sizə Məmmədovun mənə göndərdiyi müqavilənin surətini də yollayıram. Burada klubun mənə 8 aylıq borcunun olduğu göstərilib. Aylıq isə 10 000 dollardır. Bütövlükdə, 80 000 dollar edir. Bu, "Neftçi"nin mənə olan borcudur. Amma mən həmin müqaviləni imzalamaq istəmədim. Çünki onlar bu məbləği klubdan aldıqdan sonra onun sadəcə, 40 minini mənə verəcəkdilər. Qalan məbləğ isə Məmmədovla Xudiyevin cibinə gedəcəkdi. Amma mən kluba qarşı dürüst oldum və buna getmədim. Ona görə də bütün bu məbləği haqq edirəm".


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotpulun-yarsn-istyirdilrquot-t53090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR